Bu sənəd bir tərəfdən gələcəkdə "Müştəri" adlanacaq fiziki şəxs və digər tərəfdən gələcəkdə "İcraçı" adlanacaq Nizamnamə əsasında fəaliyyət göstərən “MİKS TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2009398751) arasındakı münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimləyir.
1.1. Müştəri “eMoyka” tətbiqində göstərilən avtoyuyucu məntəqələrində təyin etdiyi vaxtda avtomobilinin yuyulmasını sifariş verir, İcraçı isə həmin avtoyuma məntəqəsində Müştərinin avtomobilinin yuyulması üçün elektron növbə rezerv edilməsinə şərait yaradır.
1.2. İcraçı avtoyuma xidmətlərini icra etmir, yalnız tətbiqdə qeyd edilən avtoyuma məntəqələrində elektron növbənin rezerv edilməsini təmin edir.
1.3. Hazırkı şərtlər və onun Əlavələri Tərəflər arasındakı münasibətləri tənzimləyən əsas sənəd hesab edilir.
2.1. Müştəri “eMoyka” tətbiqini “Play Market” və ya “App Store” platformasından yükləyir.
2.2. Yetkinlik yaşına çatmış Müştəri telefon nömrəsi, şəxsi (adı, soyadı) və avtomobilləri (nəqliyyat vasitəsinin növü, dövlət qeydiyyat nişanı) barədə məlumatlarını daxil edərək qeydiyyatdan keçir.
2.3. Tətbiqin düzgün çalışması üçün Müştəri mobil ayarlarından GPS məlumatlarının əldə edilməsi ilə bağlı tətbiqə “access” (icazə) verir.
2.4. Müştəri tətbiqin xəritəsində göstərilən avtoyuyucu məntəqələrinin siyahısı ilə tanış olaraq, digər müştərilər tərəfindən rezerv edilməmiş saat aralığında sifariş verir.
2.5. İcraçı sifariş məlumatlarını avtoyuma məntəqəsinə yönəldərək elektron növbənin rezerv edilməsini təmin edir.
2.6. Sifariş təyin edilmiş vaxta 15 dəqiqə qalanadək verilə bilər.
2.7. Avtoyuma məntəqəsi 5 dəqiqə ərzində tətbiq üzərindən təsdiq verir. Qeyri-iş saatlarında verilən müraciətlərə növbəti iş günü baxılır.
2.8. Təsdiq verilmədikdə rezerv baş tutmamış hesab edilir.
2.9. Sifariş maksimum 7 gün öncədən təyin edilə bilər.
2.10. Müştəri təyin etdiyi vaxta 1 saat qalanadək təmənnasız olaraq rezervini ləğv edə bilər.
2.11. Müştəri avtoyuma məntəqəsində tətbiq tərəfindən verilmiş təsdiq kodunu təqdim etməlidir.
2.12. Müştəri avtomobili təqdim edərkən daxilində qiymətli əşyaların olmamasını təmin etməlidir.
2.13. Gecikmə halında avtoyuma məntəqəsi müştərini 15 dəqiqə gözləyir, daha çox gecikmə olduqda rezerv ləğv edilir.
2.14. Gecikmə nəticəsində rezerv ləğv edilərsə, Müştəri xidmətin 30% miqdarında cərimə edilir və bu məbləğ akseptsiz qaydada bank kartından silinir.
2.15. 2 dəfədən artıq vaxtında gəlməyən Müştərinin hesabı İcraçı tərəfindən fərdi müəyyən edilən müddətə bloklana bilər.
2.16. Müştəri tətbiq üzərindən digər xidmətləri və satışda olan məhsulları əldə edə bilər.
3.1. İcraçının Öhdəlikləri: Tətbiqin fasiləsiz çalışmasını təmin etmək, rezervin statusu barədə 5 dəqiqə ərzində məlumat vermək, iradları araşdırıb geri dönüş etmək.
3.2. Müştərinin Öhdəlikləri: Məlumatların düzgünlüyünü təmin etmək, qaydalara uyğun sifariş vermək, vaxtında yaxınlaşmaq, xidmət haqqını ödəmək, personala qarşı etik davranmaq.
3.3. İcraçının Hüquqları: Xidmət haqqını tələb etmək, rezervi ləğv etmək, qaydalar pozulduqda hesabı bloklamaq.
3.4. Müştərinin Hüquqları: Bonuslardan istifadə etmək, rəy bildirmək.
3.5. İmtina və Qiymət Dəyişikliyi: Avtoyuma məntəqəsi avtomobilin çirklilik səviyyəsinə görə xidmətdən imtina edə və ya qiymət artımı tələb edə bilər.
3.6. İcraçı xidmət keyfiyyətinə və əmlaka dəyən ziyana görə məsuliyyət daşımır.
4.1. Rezerv xidməti İcraçı tərəfindən təmənnasız (pulsuz) həyata keçirilir.
4.2. Yuma xidmətinin ödənişi tətbiq üzərindən və ya məntəqədə nağd/köçürmə yolu ilə edilə bilər.
4.3. Xidmət dəyəri öncədən xəbərdarlıqla dəyişdirilə bilər (artıq rezerv edilmiş sifarişlərə şamil olunmur).
5.1. Toplanılan məlumatlar tətbiqin düzgün işləməsi, xidmət göstərilməsi, funksionallığın yaxşılaşdırılması və reklamın effektivliyinin ölçülməsi məqsədilə emal olunur.
5.2. İcraçı məlumatların məxfiliyini qorumağı təmin edir və məlumatları üçüncü şəxslərə yalnız bu bölmədə göstərilən hallarda ötürür.
5.3. Tətbiqin işləməsi və təkmilləşdirilməsi üçün İcraçı aşağıdakı xidmət təminatçılarından istifadə edir: Firebase (Google LLC) – tətbiqin texniki işləməsi, analitika və xətaların izlənilməsi üçün; Microsoft Clarity (Microsoft Corporation) – tətbiqin təkmilləşdirilməsi məqsədilə ondan necə istifadə edildiyinin təhlili üçün.
5.4. Reklamın effektivliyini ölçmək və istifadəçiləri tətbiqə hansı reklamların gətirdiyini müəyyən etmək məqsədilə tətbiqdən istifadə barədə məlumatlar (quraşdırma, qeydiyyat və sifariş hadisələri, cihaz identifikatorları kimi) Meta Platforms, Inc. (Facebook) və TikTok for Business xidməti çərçivəsində TikTok (TikTok Pte. Ltd.) şirkətlərinə ötürülür.
5.5. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının tələbi ilə məlumatlar açıqlana bilər.
5.6. Məlumatların düzgünlüyünə görə məsuliyyət Müştərinin üzərinə düşür.
6.1. Tərəflər öhdəliklərin icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.
6.2. Fors-major hallarında tərəflər məsuliyyətdən azad olunurlar (10 gün ərzində xəbərdarlıq etmək şərtilə).
7.1. Bu şərtlər tətbiq vasitəsilə təsdiqləndiyi gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir.
7.2. Qarşılıqlı razılıqla və ya 15 gün öncədən xəbərdarlıq etməklə xitam verilə bilər.
8.1. Bütün fikir ayrılıqları danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə AR qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.