eMoyka – Məxfilik Siyasəti və İstifadə Şərtləri (Yuyucular üçün)

Bu sənəd bir tərəfdən fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və ya hüquqi şəxs (bundan sonra “Sifarişçi”) ilə digər tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən “MİKS TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İcraçı”) arasındakı qarşılıqlı münasibətləri tənzimləyir.

1. Ümumi Müddəalar və Müqavilənin Predmeti

1.1. İcraçı “eMoyka” tətbiqi vasitəsilə Sifarişçiyə avtoyuma xidmətlərindən istifadə edən Müştəriləri yönəldir, Sifarişçi isə bunun müqabilində İcraçıya müəyyən edilmiş qaydada xidmət haqqı ödəyir.

1.2. İcraçı avtoyuma xidmətlərini icra etmir, yalnız özünə məxsus tətbiq vasitəsilə Sifarişçinin avtoyuma məntəqələrinə Müştəriləri yönəldir.

1.3. Hazırkı şərtlər və onun Əlavələri Tərəflər arasındakı münasibətləri tənzimləyən əsas sənədlər hesab edilir.

2. Xidmətin İcra Edilmə Qaydası

2.1. “eMoyka” İcraçının əmtəə məhsulu olmaqla Müştərilərə ölkə ərazisində yerləşən avtoyuma məntəqələrində əvvəlcədən növbə götürmə imkanı yaradan mobil tətbiqdir.

2.2. Müştəri tətbiqdə qeydiyyatdan keçmiş məntəqələrdə rezerv edir, İcraçı isə bu sifarişi Sifarişçiyə yönəldir.

2.3. İcraçı Sifarişçi üçün elektron kabinet yaradır.

2.4. Müştəri tətbiq xəritəsindəki siyahıdan rezerv edilməmiş saat aralığında sifariş verir.

2.5. Sifarişçi 5 dəqiqə ərzində yönləndirilən sifarişə təsdiq və ya imtina verməlidir.

2.9. Sifarişçi yaxınlaşan Müştəridən təsdiq kodunu tələb etməlidir.

2.12. Qiymət Siyasəti: Tətbiq vasitəsilə yönəldilən Müştərilərə tətbiq edilən qiymətlər yerindəki qiymətlərlə eyni olmalıdır.

3. Tərəflərin Hüquq və Öhdəlikləri

3.1. Sifarişçinin Öhdəlikləri: Sifarişləri qaydalara uyğun icra etmək, pulsuz xidmətlər təqdim etmək, reklam lövhələrini quraşdırmaq.

3.2. İcraçının Öhdəlikləri: Tətbiqin fasiləsiz çalışmasını təmin etmək, sifarişləri yönəltmək.

3.5. Sifarişçi avtomobilin çirklilik səviyyəsinə görə imtina edə bilər.

3.6. İcraçı xidmət keyfiyyətinə və əmlaka dəyən ziyana görə məsuliyyət daşımır.

4. Ödəniş Şərtləri

4.1. Test müddəti ərzində xidmət haqqı ödənilmir.

4.2. Növbəti aylarda xidmət haqqı Müştəri tərəfindən ödənilmiş məbləğin müəyyən olunmuş faizini təşkil edir.

4.8. Xidmət haqqı nağd və köçürmə yolu ilə ödənilə bilər.

4.9. Xidmət dəyəri öncədən xəbərdarlıqla dəyişdirilə bilər.

5. Fors-major və Məsuliyyət

5.1. Tərəflər öhdəliklərin yerinə yetirilməməsinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.

5.2. Fors-major hallarında tərəflər məsuliyyətdən azad olunurlar.

6. Müddət və Xitam

6.1. Şərtlər tətbiq vasitəsilə təsdiqləndiyi gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir.

6.3. İcraçı 5 gün öncədən, Sifarişçi isə 15 gün öncədən xəbərdarlıq etməklə xitam verə bilər.

7. Mübahisələrin Həlli

7.1. Bütün fikir ayrılıqları danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll olunur.

8. Məxfilik Siyasəti və Məlumatların Emalı

8.1. Toplanılan məlumatlar yalnız tətbiqin işləməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə emal olunur.

8.2. İcraçı məlumatların məxfiliyini qorumağı təmin edir.