Avtoyumanız üçün daha çox müştəri və stabil gəlir

Yaxınlıqdakı sürücülər eMoyka tətbiqinin xəritəsində avtoyumanızı tapır və rezerv edir. Bütün sifarişlər telefonunuza gəlir və bir toxunuşla onları idarə edirsiniz.

Niyə eMoyka?

Çünki eMoyka ilə avtoyumanız fərqli səviyyəyə daşıyacaq.

Daha çox müştəri

Yaxınlıqdakı sürücülər xidmət və qiymətləri görür, yeddigünlük qrafik üzrə rezerv edirlər.

Rahat idarəetmə

Hər yeni sifariş, ekranınız kilidli olsa belə telefonunuza zəng kimi gəlir.

Tam nəzarət

İş saatlarınızı, günlük qrafikinizi siz təyin edirsiniz. Müştərilər yalnız sizin açıq qoyduğunuz vaxtlar üçün rezerv edə bilirlər.

Hər şey “eMoyka Washer” tərəfdaş tətbiqində

Avtoyumanızın iş qaydasına uyğun hazırlanıb.

Yeni müştərilər sizi tapır

Yaxınlıqdakı sürücülər eMoyka tətbiqində avtoyumanızı görür, xidmət və qiymətləri müqayisə edib sifariş verir.

Heç bir sifarişi qaçırmırsınız

Yeni sifarişlər xüsusi zəng vasitəsilə telefonunuza gəlir, xüsusi bildiriş isə onu AZ, EN və RU dillərində səsləndirir.

Bir toxunuşla idarəetmə

Tətbiqin əsas ekranında “Yeni”, “Qəbul edilən” və “Aktiv” bölmələri mövcuddur. Yeni sifarişləri müvafiq bölmə üzrə bir toxunuşla qəbul edə və ya onlardan imtina edə bilərsiniz.

Təsdiq kodu

Yuma prosesi yalnız müştəridən dördrəqəmli təsdiq kodunu aldıqdan sonra başladılmalıdır.

Qrafikin idarə edilməsi

Həftəlik iş saatlarınızı əvvəlcədən təyin edə, həmçinin günlük idarəetmə paneli ilə anlıq olaraq boş və ya dolu saatlarınızı idarə edə bilərsiniz.

Biznes göstəriciləri

Gəlir, tamamlanmış və qaçırılmış sifarişlər, orta çek, qəbul faizi, populyar xidmətlər və ən sıx saatlar — gün, həftə və ya ay üzrə.

Balans və tarixçə

Ümumi balansınız, bütün əməliyyatlar, tamamlanmış və qaçırılmış sifarişlər bir ekranda.

Reytinq və rəylər

Müştərilər avtoyumanızı qiymətləndirir və rəy yaza bilirlər. Daha çox müsbət rəy, daha çox müştəri deməkdir.

Necə başlamaq olar?

  1. 1

    Qeydiyyat formunu doldurun

    Avtoyumanız, xidmətləriniz və qiymətləriniz haqqında məlumat verin.

  2. 2

    24 saat ərzində sizinlə əlaqə saxlayırıq

    Komandamız müraciətinizə baxır və sizinlə ən qısa zamanda əlaqə saxlayır.

  3. 3

    Hər şeyi biz qururuq

    Avtoyumanızın şəklini redaktə edirik, xidmətləri və qiymətləri sistemə əlavə edərək profilinizi hazırlayıb ödənişsiz təlim keçirik.

  4. 4

    Hər şey hazırdır

    Artıq telefon nömrənizlə “eMoyka Washer” tətbiqinə daxil olaraq ilk sifarişlərinizi qəbul etməyə hazırsınız.

Dörd addımda sifariş

İlk zəngdən hazır yumaya qədər.

  1. 1.Yeni sifariş zəng çalır

    Telefonunuz zəng çalır və sifarişin təfərrüatlarını göstərir.

  2. 2.Qəbul etmək üçün sürüşdürün

    Bir sürüşdürmə ilə sifarişi qəbul edin. İstəsəniz, imtina da edə bilərsiniz.

  3. 3.Müştərinin kodunu daxil edin

    Müştəri gələndə yumanı başlatmaq üçün onun 4 rəqəmli kodunu daxil edin.

  4. 4.Bitirmək üçün sürüşdürün

    Avtomobil hazır olanda sifarişi tamamlamaq üçün sürüşdürün.

eMoyka Coins

Müştəriləri geri gətirən keşbek, üzvlük və müxtəlif kampaniyalar

Müştərilər eMoykadan istifadə etdikcə bonus qazanırlar və bu bonusları avtoyumada xərcləyirlər. Bonusla edilən ödənişlər balansınızda toplanır və eMoyka onları sizə geri ödəyir.

Müştəri ödəyirPlatforma ödəyirSizin tam qiymətiniz

Tez-tez verilən suallar

Necə qoşulmaq olar?

Qeydiyyat formunu doldurduqdan sonra komandamız qısa zamanda sizinlə əlaqə saxlayaraq hesabınızı aktivləşdirəcək.

Xüsusi avadanlıq lazımdırmı?

Xeyr, yalnız tərəfdaş tətbiqi olan smartfon lazımdır.

Müştərilər ödənişi necə edirlər?

Müştərilər ödənişi avtoyumanızda edirlər, bonusla ödənilən məbləğlər isə balansınızda toplanır və eMoyka tərəfindən ödənilir.

Neçə avtomobil qəbul edəcəyimi özüm təyin edə bilərəm?

Bəli, idarəetmə paneli ilə istədiyiniz saatı bağlaya və ya aça bilərsiniz.

Müştəri gəlməsə necə olacaq?

Müştərilər rezerv etdikləri saatdan on beş dəqiqədən gec olmayaraq avtoyumada olmalıdırlar, əks halda rezervasiya ləğv olunmuş sayılır. Kartla ediləcək ödənişlərdən cərimə tutulacaq və təkrar baş verdiyi halda bu cür müştərilər qara siyahıya əlavə oluna bilərlər.

Necə kömək ala bilərəm?

eMoyka komandası ilə birbaşa tətbiqdən e-poçt, WhatsApp və ya Telegram vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Daha çox müştəri qazanmağa hazırsınız?

Formu doldurun, komandamız 24 saat ərzində sizinlə əlaqə saxlayacaq.

Tərəfdaş olun